Şəmkirdə 56 yaşlı kişini bıçaqlayan şəxs tutulub.
"Unikal"ın məlumatına görə, Şəmkir rayon Polis şöbəsinin əməkdaşkarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü Əlövsət Həsənov saxlanılaraq istintaqa təhvil verilib.
Xatırladaq ki hər iki şəxs əmioğlu olub.
Faktla bağlı araşdırma aparılır.
*** 20:24
Şəmkir sakini bıçaqlanıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində baş verib. Kənd sakini 1974-cü il təvəllüdlü Əlövsət Həsənov münaqişə zəminində həmkəndlisi 1969-cu il təvəllüdlü Əbülfəz Həsənova bıçaqla xəsarətlər yetirib. Xəsarət alan şəxs dərhal xəstəxanaya yerləşdirilib. Ona yardım edilib,vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
