Gəncədə piyada yol qəzası zamanı xəsarət alıb.
"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan sərnişin avtobusu yolu qarşı tərəfə keçmək istəyən Bakı şəhər sakini 2006-cı il təvəllüdlü A.Əlisgəndərovu vurub. Dərhal piyada xəstəxanaya yerləşdirilib. Məlumata görə, xəsarət alan piyada tələbədir.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
