Goranboyda avtomobil qəzaya düşüb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Qızılhacılı qəsəbəsi ərazisində qeydə alınıb. Qızılhacılı qəsəbə sakini, 1986-cı il təvəllüdlü Sənan Qasımov idarə etdiyi "VAZ-2107" markalı avtomobil idarəetmən çıxıb. Nəticədə avtomobil yol kənarındakı su arxına aşıb.

Məlumata görə qəzaya səbəb avtomobilin qarşısına xırda buynuzlu heyvanlar çıxması olub. Qəza zamanı xəsarət alan olmayıb, avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov