Gecə saatlarında paytaxt ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə saat 03:10 radələrində Ziya Bünyadov prospektində qeydə alınıb. Belə ki, "Toyota Land Cruiser" markalı avtomobilin sürücüsü idarəetməni itirib və maneəyə çırpılaraq aşıb.

Xoşbəxtlikdən xəsarət alan olmayıb. 

Avtomobilə isə ciddi ziyan dəyib.

Murad İbrahimli