Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəktədə olan minik maşını ilə moped toqquşub. Nəticədə mopedin sürücüsü 2007-ci il təvəllüdlü İ.Orucov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
