Lənkəran rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Unikal" xəbər verir ki, hadisə Ələt-Astara magistralının Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb.
"VAZ-2107" markalı nəqliyyat vasitəsi Astara rayon Siyəkü kənd sakini, 1976-cl il təvəllüdlü Habil Gülağa oğlu Zahirovun idarə etdiyi "DAF" markalı ağır tonajlı yük avtomobili ilə toqquşub.
Hadisə nəticəsində "VAZ-2107" markalı nəqliyyat vasitəsində olan sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev
