Mingəçevirdə 30 yaşlı kişi dəm qazından zəhərlənib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Samux küçəsinə bitişik olan bağlar yaşayış massivindəki fərdi təsərrüfatlardan birində baş verib.

Dəm qazından zəhərlənən 1995-ci il təvəllüdlü Hacıyev Elnur Məcid oğlu təcili xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov