Ağdaşda Rusiya vətəndaşı olan kişinin yaşadığı evdə meyiti aşkarlanıb.

"Unikal" xəbər verir ki, hadisə rayon mərkəzində Maşad küçəsindəki evlərdən birində qeydə alınıb.

1958-ci il təvəllüdlü Mahir Mahmudov yaşadığı evdə ölmüş vəziyyətdə tapılıb.

Onun Rusiya vətəndaşı olduğu bildirilir. İlkin müayinə zamanı üzərundə hər hansı zorakılıq əlaməti aşkar olunmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov