Gəncədə azyaşlını avtomobil vurub.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb. Belə ki hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 6 yaşlı A.Əlizadəni vurub. Azyaşlı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. İlkin məlumata görə 6 yaşlı A.Əlizadəni vuran avtomobilin sürücüsü qadın ölüb.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
