Astara rayonunda yol qəzası baş verib. 

"Unikal" xəbər verir ki, hadisə Astara şəhəri, Z. Bünyadov küçəsində qeydə alınıb. 

Belə ki, həmin küçədə yük avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 110 mm-lik yeraltı qaz xəttinin çıxış hissəsi zədələnib.

Nəticədə Z. Bünyadov, Nizami və N. Orucov küçələrini əhatə edən ərazidə ümumilikdə 450-yə yaxın abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Xəlil Əliyev