Ucarda qida məhsulları daşıyan motosikletçi  kuryerlər qəzaya düşüblər.

"Unikal"ın məlumatına görə, hadisə rayon mərkəzində Koroğlu küçəsində baş verib. Kuryerlərin əyləşdiyi motosiklet idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində yaralanan 2010-cu il təvəllüdlü Saleh Hüseynli və  2010-cu il təvəllüdlü həmkarı Tərlan Məsimov xəstəxanalıq olublar.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov