Bakı metropoliteninin "Elmlər Akademiyası" stansiyasında sərnişinlərdən birinin halı pisləşib.
Məsələ ilə bağlı "Unikal"a açıqlama verən "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, dərhal vətəndaşa yardım göstərilib.
"Metroda sərnişinin vəziyyəti ilə bağlı problem olub. Metropolitenin normativ tələblərinə uyğun olaraq dərhal vətəndaşa ilkin tibbi yardım göstərilib və təcili tibbi yardım briqadası çağırılıb. Daha sonra şəxs (kişi cinsli) aidiyyatı üzrə təhvil verilib".
***08:25
Bu gün səhər saatlarında metronun "Elmlər Akademiyası" stansiyasında sərnişinlərindən birinin halı pisləşib.
"Unikal"ın məlumatına görə, kişi sərnişin qatardan düşürülüb və ona metropoliten əməkdaşları tərəfindən yardım göstərilib.
Gülayə Mecid
