Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Şuşa küçəsində qeydə alınıb.

Belə ki, "VAZ 21 015" və "VAZ 21 99" markalı maşınların toqquşması nəticəsində müxtəlif bədən xəsarətləri alan 3 nəfər xəstəxanaya yerləşdirilib. Onlar "Vaz 21015"in sürücüsü 1994-cü il təvəllüdlü Xaləddin Ələsgərov, onun 1992-ci il təvəllüdlü  bacısı Şəmsiyə Ələsgərova  və 1977-ci il təvəllüdlü Vüsalə Məhərrəmovadır. Durumları kafi olaraq qiymətləndirilir. Sürücüdə  isə bəzi said sınıqları qeydə alınıb.

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov