Paytaxtda piyada ölümü ilə nəticələnən qəza baş verib.

"Unikal" xəbər verir ki, hadisə oktyabrın 30-u olub. Belə ki, 1996-cı il təvəllüdlü Pərvin Şükürov idarə etdiyi "Renault" markalı avtomobili ilə piyada 1989-cu il təvəllüdlü Könül Məmmədovanı vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

***

Bakıda avtomobil 37 yaşlı qadını vuraraq öldürüb.

"Unikal"  xəbər verir ki, hadisə Səbail rayonunda baş verib. Belə ki, 2002-ci təvəllüdlü Seyfulla Mehdizadə idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillə “Dövlət Bayraq” meydanının yaxınlığında piyada 1988-ci il təvəllüdlü Axundova Vlada Vladislavovnanı vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.