28.10.2025-ci il tarixində saat 08:10 radələrində 4 nəfər (3 kişi, 1 qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən "Unikal"a bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri orta ağır olan şəxslərin müalicələri müvafiq şöbədə davam etdirilir.
***
Gəncədə iki minik avtomobinin toqquşması zamanı ölən şəxsin kimliyi məlum olub.
"Unikal"ın məlumatına görə, ölən şəxs 1953-cü il təvəllüdlü O.Sülemanovdur.
***
Gəncədə yol qəzası olub.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Ələkbər Bəy Rəfibəyli küçəsinin kəsişməsində qeydə alınıb. Hərəkətdə olan iki avtomobil toqquşub.
Qəza zamanı bir nəfər hadisə yerində ölüb, 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
