Qəbələdə maşın piyadanı vurub.

"Unikal"ın məlumatına görə, hadisə bu gün saat 10 radələrində baş verib.

Belə ki, İlham Balakişiyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Qəbələ şəhəri ərazisində yolu keçən piyada, 74 yaşlı Vəzuhə Əzməmmədovanı vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Murad İbrahimli