Gəncədə yanğın olub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospekti ərazisində qeydə alınıb. Sözügedən ərazidə yerləşən gözəllik salonunda anidən yanğın başlayıb.

Dərhal əraziyə FHN yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülməsi istiqamətində işlər gedir.

Əraziyə aidiyyatı qurumların əməkdaşları cəlb edilib.

Tural Əhmədov