Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Toyota Prius" markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 1956-cı il təvəllüdlü Natiq Bağırovu vurub.

Piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisə yerinə polis cəlb edilib. Ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Tural Əhmədov