Ağstafa şəhər Musiqi və İncəsənət Mərkəzinin müəllimi vəfat edib.

"Unikal" APA-ya istinadən xəbər verir ki,  1984-cü il təvəllüdlü musiqi müəllimi Günel Hüseynova iş başında olarkən qəfil halı pisləşib.

O, dərhal xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.