Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu ərazisində avtomobildə partlayış baş verib.

"Unikal"ın məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Hadisə yerinə baxış zamanı “Mercedes” markalı minik avtomobilinin qaz balonunda yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Murad İbrahimli