Mingəçevirdə iki qadın piyadanı maşın vurub, biri ölüb.
"Unikal"ın məlumatına görə, hadisə axşam saatlarında Təbriz küçəsində baş verib. "Vaz 2106" markalı maşın yolu keçən iki piyada qadını -1956-cı il təvəllüdlü Zöhrə Vahid qızı İsmayılovanı və 1968-ci il təvəllüdlü Firəngiz Əhmədova adlı digər bir qadını vurub. Müxtəlif bədən xəsarətləri alan Zöhrə İsmayılova və digər piyada sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Firəngiz Əhmədova aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma başlanıb.
Ehtiram Muradov
