Gəncədə qəzada ölən piyadanın adı məlum olub.
"Unikal"ın məlumatına görə, ölən şəxs 1964-cü il təvəllüdlü C.Bayramovadır.
***
Gəncədə piyadanı avtomobil vuraraq öldürüb.
"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Hərəkətdə olan "VAZ-2106" markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən qadını vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
