19.10.2025-ci il tarixində saat 02:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (2-si qadın, 4-ü kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

Bu barədə "Unikal"a TƏBİB-dən bildirilib. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları və sınıqları diaqnozu təyin edilib.

1965-ci il təvəllüdlü şəxsin (kişi) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. 

Digər 5 nəfərin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir.

*** 12:09

Cəlilabad rayonunda yol qəzasında xəsarət alanların adları bilinib.

"Unikal" xəbər verir ki, yaralılar - Səfərli Zülfüqar Zaur oğlu, İdrak Rza Ağahüseyn oğlu, Musayev Əmrah Əlyar oğlu, Əhimov Mahir Səfər oğlu, Məmmədov Əmrah Zaur oğludur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

*** 11:19

Cəlilabad rayonunda ağır yol qəzası baş verib. 

"Unikal" xəbər verir ki, hadisə köhnə Ələt–Astara magistral yolunun Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb. Astara istiqamətində hərəkət edən “VAZ-2106” markalı minik avtomobili qarşı istiqamətdən gələn “Mercedes” markalı maşınla toqquşub.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb və Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəlil Əliyev