Gəncədə piyadanı avtomobil vurub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Totanlı adlanan ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “KamAZ" markalı yük maşını yolun kənarında dayanan 1986-cı il təvəllüdlü T. Abdıyevanı vurub. Qadın xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov