Biləsuvar rayonunda ağır yol qəzası baş verib. 

"Unikal" xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndi ərazisində olub.

Belə ki, minik və yük avtomobillərinin toqquşması nəticəsində 3 nəfər xəsarət alaraq rayon xəstəxanasına çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev