15.10.2025-ci il tarixində saat 18:40 radələrində Goranboy rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1986-cı il təvəllüdlü (kişi) şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
TƏBİB-dən "Unikal"a bildirilib ki, ona sağ göz yuvasının hematoması, sol çiyin sümüyünün və sol baldır nahiyəsinin sınığı diaqnozu təyin olunub.
Hazırda müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Vəziyyəti kafi olaraq qiymətləndirilir.
*** 18:51
Goranboyda piyadanı minik maşını vurub.
"Unikal"ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan minik maşını yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini vurub. Piyada xəstəxanaya yerləşdirilib. Qəzadan sonra minik maşını yolun kənarına düşüb.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
