Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, qəza rayonun Əsgərbəyli kəndi ərazisində qeydə alınıb.

Həmin kəndin sakini, 1964-cü il təvəllüdlü Əbilov Hacı Gülağa oğlu idarə etdiyi “QAZ”-3110 markalı avtomobili kəndin ərazisində elektrik dirəyinə çırpıb.

Nəticədə sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Maşında olan sərnişin Əsgərbəyli kənd sakini, 1958-ci il təvəllüdlü Ağammədov Tofiq Hacıbala oğlu isə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.