Gəncədə qadını avtomobil vurub.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin ərazisində yerləşən ticarət mərkəzlərinin birinin qarşısında baş verib.
Belə ki, 1969-cu il təvəllüdlü R.Rzayeva yolu qarşıya keçmək istəyən zaman avtomobil onu vurub. Qadın dərhal xəstəxanaya çatdırılıb, hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
