Azərbaycan Ordusunun baş giziri Cəfərov Bəhruz Bəybala oğlu dünyasını dəyişib. 

“Unikal”ın məlumatına görə, hərbçi ürəktutmadan vəfat edib.

Qeyd edək ki, əslən Neftçaladan olan Bəhruz Cəfərov 2016-cı ildə Aprel döyüşlərində, 2020-ci ildə Vətən Müharibəsində, 2022 və 2023-cü illərdə Antiterror əməliyyatlarında iştirak edib.

O, “Suqovuşanın azad olunmasına görə” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.

Ailəli olub, 2 övladı var. 

Gülayə Mecid