Mingəçevirdə idarəetmədən çıxan avtomobil yol kənarındakı işıq dirəyinə çırpılaraq onu aşırıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektinin baş verib.

"BMW" markalı avtomobil işıq dirəyinİ aşırdıqdan sonra xüsusi reklam aralığına girib.

Nəqliyyat vasitəsinə ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov