Gəncədə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 13.10.2025-ci il tarixində saat 15:00 radələrində 3 nəfər (2 qadın, 1 kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə "Unikal"a TƏBİB-dən bildirilib.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri müvafiq şöbələrdə davam etdirilir, vəziyyətləri orta ağırdır.
*** 15:19
Gəncədə yol qəzası olub.
"Unikal"ın məlumatına görə, hərəkətdə olan iki minik avtomobilləri toqquşub. Qəza zamanı 2009-cu il təvəllüdlü S.Paşayev, 2007-ci il təvəllüdlü S.Əliyev və 1994-cü il təvəllüdlü T.Muradova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
