Bakının Xətai rayonunda mənzildə yanğın olub.

Bu barədə "Unikal" FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 49 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 6 m² sahədə və 1 ədəd məişət avadanlığı yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzildən 1 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.