Oğuz rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki,  qəza Padar-Böyük Söyüdlü yolunun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "BMW" markalı avtomobil idarəetmədən çıxaraq ağaca dəyib. Hadisə zamanı avtomobildə olan sərnişin, 21 yaşlı Rəvan Ağasəf oğlu Mirzəyev aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli