Tovuzda 3 azyaşlı turşudan zəhərlənib.

"Unikal"ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakinləri 4 yaşlı İ.Hüseynzadə, 5 yaşlı N.Hüseynzadə və 6 yaşlı G.Hüseynzadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Məlumata görə, azyaşlılara yaşadıqları evdə badımcan turşusu yedikdən sonra zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov