Tovuzda qadını minik maşını vurub.

"Unikal"ın məlumatına görə, hadisə rayon ərazisində baş verib.

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 1961-ci il təvəllüdlü M.Tağıyevanı vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov