Qəbələ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər ki, Qəbələ şəhəri ərazisində yolu keçmək istəyən 2 nəfəri “Hyundai” markalı minik avtomobili vurub.

Hadisə zamanı xəsarət alan 29 yaşlı Günay Vahabzadə və 62 yaşlı Yaqut Bəkirova Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.