Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə ötən gün rayonun Qızılağac kəndində qeydə alınıb.

Qızılağac kənd sakini, 2000-ci il təvəllüdlü Şamil Kərimovu avtomobil vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.