“Alatava Parkı” ərazisində meyit aşkarlanıb.

"Unikal" xəbər verir ki, hadisə oktyabrın 8-də baş verib.

Belə ki, “Alatava Parkı” ərazisində saat 21 radələrində 1986-cı il təvəllüdlü Xəyyam Vəliyev huşsuz vəziyyətdə aşkar olunub. Tapılan şəxsin öldüyü məlum olub.

Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.