09.10.2025-ci il tarixində saat 18:30 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 6 nəfər (qadın) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
TƏBİB-dən "Unikal"a verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Hazırda hər birinin müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.
*** 19:54
Goranboyda yol qəza olub.
"Unikal"ın məlumatına görə, hadisə Goranboy-Naftalan yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb. Qəza zamanı 5 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
