Gəncədə moped qəzaya düşüb, xəsarət alanlar var.

"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Hərəkətdə olan moped idarəetmədən çıxaraq aşıb. Nəticədə 2009-cu il təvəllüdlü M.Kərimov və 2010-cu il təvəllüdlü M.Piroverdiyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov