Tovuzda piyadanı maşın vuraraq öldürüb.
"Unikal"ın məlumatına görə, hadisə Tovuz şəhəri Mərdan Musayev küçəsində qeydə alınıb. Belə ki hərəkətdə olan, rayon sakini 2003-cü il təvəllüdlü Nuran Əliyevin idarə etdiyi "Opel" markalı minik maşını yolu keçmək istəyən piyadanı vurub. Piyada - 1940-cı il təvəllüdlü Qiyas Musayev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
