Oktyabrın 7-si saat 01:00 radələrində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində qeydə alınıb. Belə ki, iki yük avtomobili və sərnişin avtobusu toqquşub. Qəza zamanı nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Murad İbrahimli
