Xaçmazda iki avtomobil toqquşub.

"Unikal"ın məlumatına görə, Xaçmazda üç nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Gəndob-Yalama avtomobil yolunun 29-cu km-də, rayonun Müşkür kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Həsrətov Ceyhun Şixkərim oğlu "Toyota-Prius"markalı minik avtomobili ilə hərəkətdə olan vaxt qarşı istiqamətdə Abdulkərimov Elmar Qəzənfər oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobilə çırpılıb. 

Qəza zamanı hər iki sürücü və sərnişin Abdulkərimova Zümrüd Qəzənfər qızı xəsarət alaraq xəstəxanaya aparılıb. 

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. 

Asiman Qaraca