Gəncədə yol nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hərəkətdə olan avtomobil yolu keçmək istəyən 4 piyadanı vurub. Qəzadan sonra avtomobil idarəetmədən çıxaraq divara çırpılıb. Ağır qəzada xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.Onlardan biri
1959-cü il təvəllüdlü Q.Səfərova dünyasını dəyişib. 1987-ci il təvəllüdlü İ.Məmmədova, 2008-ci il təvəllüdlü P.Məmmədova,2024-cü il N.Məmmədov isə yaralanıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
