Mingəçevirdə yol qəzası olub.
"Unikal"ın məlumatına görə, hadisə Heydər Əliyev prospektinin köçkün şəhərciyi yaxınlığından keçən hissəsində baş verib. "Mercedes" markalı avtomobil motosikletlə toqquşub. Qəza zamanı müxtəlif bədən xəsarətləri alan 1997-ci il təvəllüdlü motosikletçi Qarayev Təbriz Ramiz oğlu təcili xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
