Şəkidə iki avtomobil toqquşub.

"Unikal" xəbər verir ki, hadisə Şəki-Oğuz avtomobil yolunda baş verib.

Belə ki, hərəkətdə olan "Qazel" markalı yük və "Mercedes" markalı minik avtomobilləri toqquşub.

Zərbənin gücündən yük avtomobili yolun kənarına aşıb. Hadisə zamanı xəsarət alan "Qazel"in sürücüsü Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli