Gəncədə zəncirvari qəza olub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospekti ərazisində qeydə alınıb. Hərəkətdə olan 3 minik maşını toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov