Xəbər verdiyimiz kimi, Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" qəza anının videosunu təqdim edir:
*** 23:21
Bu gün saat 21:30 radələrində paytaxtın Səbail rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə "Unikal"a DİN-in Mətbuat Xidmətidnən bildirilib.
"Hyundai" markalı, 77-UM-421 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "Opel" markalı 50-EE-287 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Faktla bağlı araşdırma aparılır.
