Gəncədə 40 yaşlı piyadanın qəzada ölməsinin təfərrüatları məlum olub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin N.Nərimanov prospektində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü K.Əliyev  idarəetdiyi 15 saylı xətt üzrə işləyən "ISUZU " markalı sərnişin avtobusu hərəkətdə olarkən yolu qarşı tərəfə keçmək istəyən şəhər sakini 1985-ci il təvəllüdlü A.Nəsirovanı vurub. Qadın xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

*** 14:24

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1985-ci il təvəllüdlü A.Nəsirovanı vurub. Piyada xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov