Mingəçevirdə keçmiş məcburi köçkün ehtiyatsızlıq nəticəsində sirkə turşusundan zəhərlənib. 

"Unikal"ın məlumatına görə, hadisə Çimərlik yolu ərazisindəki fərdi yaşayış massivində baş verib. Uzun müddətdir nevroloji xəstəlikdən əziyyət çəkən 1958-ci il təvəllüdlü Məleykə Rzayeva təsadüf və ehtiyatsızlıq nəticəsində sirkə turşusu dadıb və zəhərlənib.

Zəhərlənən qadın xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov